O Müthiş Qanlı
Yanvar Gecəsi

 

Xalqın əbədi oyanış, dirəniş
günü kimi yaddaşlara həkk olundu

 

28 il öncə, yəni 1990-cı ilin 20 Yanvar gecəsi bütün şəhər əhalisi intizar içində idi. Nə isə pis bir hadisənin baş verəcəyi gözlənilirdi. Gecə düşdükcə qara kabusa bənzər saqqalı əsgərlər şəhərin kücələrini dolaşmağa başlamışdı. Söz gəzirdi ki, bu gecə Sovet ordusu şəhərə girəcək, qirğın törədəcək. Nə üçün və niyə?

Bax, bunu heç kəs bilmirdi. Odur ki, dinc əhali eyvanlara, damlara çixaraq nigarançılıqla nəyinsə baş verəcəyini gözləyirdi.

Gecəyarısı anidən gürultulu tank səsləri eşidildi. Hərbi maşınlar kücələri dolaşaraq ğözqamaşdırıcı "projektor"larını binalara, eyvanlara tuşlayaraq sanki nəyisə, kimi isə axtarırdılar. Hərbiçilər qəflətən hara gəldi atəş açmağa başladılar. Eyvandan baxan qonşulardan kim isə qışqırdı:

-Ay camaat, çöldə dayanmayın keçin içəri, bu vəhşilər bizləri qıracaqlar.

Bəli... O müthiş 20 Yanvar gecəsi belə başladı, qışqıran kim, ağrıdan nalə çəkən, inləyən kim... Sanki dünyanın sonu idi. Nə baş verdiyini biz sonradan öyrəndik. Səndemə, sovet dovlətinin süquta uğramasında əndişələnən o zamankı dövlət başçısı M.S.Qorbaçov ordunun Bakını işğal etməsi üçün göstəriş veribib. O, müstəqillliyə can atan Azərbaycan xalqının gözünü qorxutmaq üçün bu vəhşiliyə əl atmaqdan belə çəkinmədi.

Atəş səsləri şəhəri bürümüşdü. Küçələrdə qan su yerinə axırdı, hər tərəfdə yüzlərlə günahsız insanların cəsədləri görünürdü. Sovet tankları əliyalın, əlisilahsız dinc insanların üzərindən amansızlıqla keçərək, onları tanınmaz hala salmışdı. Bu, insanlıq tarixində görün-məyən bir vəhşilik idi. Anlaşılmazlıq və vahimə içində olan insanlara elə gəlirdi ki, bu gecə heç zaman sona çatmayacaq, günəş bir daha doğmayacaq.

Lakin bu gecənin dəhşətinə, vahiməsinə baxmayaraq, milyonlarla insan səhər tezdən Hökü-mət evinin qarşısındakı meydana axışaraq öz etiraz səslərini ucaltdılar. Bu səsin ahəngi də dəyişmişdi, xalq bu vəhşiliyi törədənlərə qarşı öz nifrətini açıq şəkildə hayqırır, günahkarların cəzalandırılmasını tələb edirdi. Bu gün, sadəcə millətin ən hüznlü günü, matəm günü olmadı, eyni zamanda xalqın əbədi oyanış, dirəniş günü kimi yaddaşlara həkk olundu.

Yeri gəlmişkən, həmin müthiş gecənin səhəri xalqımızın böyük oğlu Heydər Əliyev Sovet ordusunun bu vəhşiliyini bəyan etmək üçün mətbuat konfransı keçirərək, dünya ictimaiyyətindən bu qanlı qətliama son qoyulmasını tələb etdi.

Bəzən soruşurlar niyə, bu qırğını törətmək üçün, məhz Azərbaycan obyekt  seçilmişdi? Buna səbəb Azərbaycan xalqının Azadlıq yolunu seçməsi, müstəqil dövlət qurmaq istəyi idi. Məhz, bu istək Sovet dovlət rəhbərlərinin qəzəbinə səbəb olmuşdu.

Qanlı 20 Yanvar gecəsini xalqımız heç zaman unutmayacaq. Çünki çox ağır və dəhşətli bir gecə olsa da, törədilən vəhşiliklər və bu qanlı cinayət xalqın gözünü qorxutmadı, əksinə müstəqillik yolunda daha sıx birləşməsinə, yekdilliklə mübarizəyə qalxmasına səbəb oldu. Bu, həm də vətən sevgisinin əyanı sübütu idi. Həmin 20 Yanvar gecəsi millətin azadlıq, müstəqillik yolunda dönüş gecəsi oldu.

Xalqımız hər il o qanlı yanvar gecəsini saygı ilə anır, haqq yolunda şəhid olan insanlarımıza Allahdan rəhmət diləyir, şəhidlərin ruhlarını məhəbbətlə yad edirlər. Bu da danılmaz bir həqiqətdir ki, o mənfur gecədə həlak olan insanlar xalqın işıqlı gələcəyi yolunda öz canlarını qurban verərək şəhid olublar. Şəhidlərin ruhlarının uyuduğu Şəhidlər Xiyabanı bu gün Azərbaycan xalqının ən müqəddəs ziyarətgahına çevrilib.

Bu gün müstəqillik əldə etmiş xalqımız oz xöşbəxt günlərini yaşaryır. Dövlətimizin başçısı,cənab prezident İlham Əliyev Ulu Öndərimizin tövsiyyə etdiyi quruculuq işlərini davam etdirərək xalqımızı daha işıqlı gələcəyə aparır!

Hazırda dövlətimiz həmin gecədə şəhid olan, canlarını qurban verən insanların ailə üzvlərini himayəyə götürərək onlara hər zaman qayğı göstərir, maddi və mənəvi köməkliyini əsirgəmir.

0.12278008460999