Dünyaya gəlişi istənməyənlər...

 

onları sevmək cəsarəti olanlar

Diskriminasiya müsbət hal deyil, çoxları bilir. Bilməyənlər elə ayrı-seçkilik yaradanlardır. Yaxud da bilə-bilə ayrı-seçkilik salanlar var. Onlar barədə saatlarla danışmaq,  mübaliğə kimi səslənməsin, günlərlə bəhs etmək olar. Çünki günümüzdə ayrı-seçkiliyin belə desək, müx-təlif sahələr üzrə qurbanları var.

Öncə cəmiyyətin azlıqlar çoxluqları təmsil edən təbəqələrini  yada salaq. Cəmiyyətimizdə orta təbəqənin mövcud olmamasından dolayı, kasıb, yoxsul varlı təbəqənin arasında daimi ayrı-seçkilik yaşanır. Bunu inkar edənlər olacaq, təbii. Guya ki sosial-iqtisadi həyat tərzindən asılı olmayaraq, bütün sinif təbəqələr (bu sözə da dodaq büzənlər tapılacaq) arasında bərabər, insani  münasibət hökm sürür. Bunun absurd olduğunu görmək üçün sadəcə olaraq, gündəlik həyata diqqət etmək lazımdır. Aqillər bilər bunun olduğunu. Cahillərlə işimiz yox.

Ayrı-seçkiliyin yaşandığı cəmiyyətlərdə istiqamətindən asılı olmayaraq, daim mənfi hadisələr baş verir. İstər orta ali təhsil müəssisələrindəki şagird tələbələr arasında, istər idarə-təşkilatlardakı işçilər arasında, istərsə adicə ailələr içində ayrı-seçkiliyi müşahidə etməmək mümkün deyil. İnsanların çoxu buna diqqət etmir, kökünün hardan başladığının fərqinə varmadan, bəzən onu ənənə hesab edir. Lakin mövcud olan hələ davam edən, yaşanan hansısa bir münasibəti ənənə hesab etmək, ona yanaşmanı dəyişmədən olduğu kimi davam etdirmək doğru hal deyil.

Yanlış olan hallardan birindən problemin ən dərinindən - ailə içində qız uşaqlarına olan yanaşmadan danışaq. Danışaq ki, yalan olmasın, əsrlərin daşlaşmış, qranitləşmiş problemini heç olmasa, müasir dünyamızda çözə bilək. Bu problemi indi çözməsək, cahiliyyət dövründən heç ilə fərqimiz olmaz. O dövrdən ki qız uşaqlarını övlad, insan hesab etmədən müxtəlif yollarla öldürürdülər. O yolları göz qabağına gətirməyin özü belə dəhşətdir. Fəqət bu vəhşiliyi özünə rəva bilənlər əsrlər əvvəl mövcud olub. Bəli, onların yalnız mövcudiyyətindən danışmaq olar, insan kimi yaşamaq var olmağı belə məxluqlar haqda demək olmaz.

Amma təəssüf ki, müasir dünyamızda qız uşaqlarına olan həminki baxış, münasibət hələ davam edir. Doğrudur, birmənalı, açıq şəkildə qız uşaqlarının  kütləvi soyqırımını fakt kimi ortaya qoymaq mümkün deyil. Yəni onların dirigözlü öldürül-düyünün kütləvilik göstəricisini demək mümkün deyil. Lakin onlara qarşı olan ayrı-seçkilik halları da elə müasir dövrümüzün ən çox rast gəlinən ağrılı faktlarıdır.

Bunların içində qız uşaqlarının ibtidai pillədə təhsildən yayındırılması, sonrakı mərhələdə təhsil almasına imkan, daha sonuncu məqamda isə təhsil alsa belə, işləməsinə icazə verilməməsi faktları var.  Ailədə bəzən qız uşaqlarına patriarxal baxışların olması faktları da mövcuddur.  Qız uşaqları elə bil ki, günahkar, onları dünyaya gətirən analar isə sanki gözükölgəlidirlər. Halbuki azacıq da olsa elmi, bilgisi olan şəxs bilir ki, övladın cinsinin qız doğulmasının səbəbkarı heç qadın deyil, birbaşa kişidir. Hansı xromosom daşıyıcısı olduğunu bilməyən dünyaya gətirdiyini gözümçıxdıya salaraq, yalnız qadını günahkar hesab edən neçə-neçə insan tanıyırıq. Onların cahillyindən bu gün ailələrdə az qala qızların soyqırımı yaşanır, qız uşaqları dünyaya gəlməzdən öncə məhv etdirilir, öldürülür. Bu ayrı-seçkiliyin nəticəsidir ki, günümüzdə statistik göstəricilər, hesablamalar da qız uşaqlarının sayının getdikcə azaldığını göstərir. Hələ həyata göz açmadan öncə aşağılayıcı münasibətə məruz qalaraq məhv edilənlər övlad adını qazanmadan dünyaya gələ bilmirlər. Çünki onlar cahillərin qorxusu - qız uşaqlarıdır. Cins fərqi olmadan hər bir insanın dünyaya gəlişində əsas rol oynayan qadının sayəsində həyat verilən cahillər... Ona həyat verən cinsə qarşı bu cür qəddar münasibətin adını kim bilirsə, söyləsin.

Qız uşaqlarına ögey münasibət bəsləyən, övladının qız olmamasını arzulayan varlıq görəsən, anasına, bacısına, həyat yoldaşına qeyd-şərtsiz, hansı münasibətdə, baxışda, sədaqətdə, doğmalıqda ola bilər?  Yeri gəlmişkən, bu münasibətdə birmənalı olaraq təkcə bir cinsi günahlandırmaq doğru deyil. Qız uşaqlarını sevməyənlərin, onları övlad olaraq arzulamayanların, istəməyənlərin sırasında təəssüf ki, onların elə öz cinsindən olanlar da çoxdur. Bunun anlamı isə izahlara, gətirilən arqumentlərə baxmayaraq, yoxdur.

Bu yoxluqda kiminsə deyil, nəyinsə varlığının anlamı ola bilər?!

Qız uşaqlarının həyatına dünyaya gəlməzdən gələndən sonra da qənim kəsilənlərin varlığı mənim üçün həmişə sual altında olub. Sanıram, insan olaraq dünyaya gələnlər yaşayanlar da bu fikirdədir.

Dünyaya gələn hər bir insanın isə özünəməxsus missiyası var. O sırada cinslər arasında ayrı-seçkilik salaraq diskriminasiyaya rəvac verənlər hələ anlamırlar hansı mövqedə dayandıqlarını. Vaxt olar, zaman yetişər, həyatına qənim kəsilənlərə möhtac olarlar bəlkə. Bəlkə onlara çətin vaxtda, ehtiyac yarananda əl uzadan elə həyatında yer vermədikləri olar. bilmək olar...

Eşidib-bildiyimiz, oxuyub-araşdırdığımız isə odur ki, müqəddəslərimizin belə çiynində gəzdirdiyi məhz qız uşaqları olub... Görəsən, bizlər insanlığın əşrəfiylə müqayisədə həddə, hansı dərəcədəyik?!

...Çoxununniyə oğul övladısualının öləndə çiynində gedəcəyinin reallıqda tam əksi cavablandırılan dünyada yaşayırıq. Bugünlərdə bir nəfərdən eşitdiyim, günümüzə, dünyabaxışımıza fərqlilik qatan  münasibət isə budur: “Görünür,  qız övladının ata-anası olmaq cəsarəti, mərdliyi kimlərəsə hələ çatmır”...

... Gec olsa, tez olsa,  insanda bəzən yazıya qayıtmaq düşüncəsi olur. Amma kaş ki, sözügedən problemin çözümü, ayrı-seçkilik yanaşması müsbət mənada həllini tapaydı. O zaman yazıya qayıtmamaq, o barədə düşünməmək, ümumiyyətlə, bu mövzunu biryolluq unutmaq arzusu yaranır insanda. Problemin həlli, daha doğrusu, problem yaratmamaq hər birimizin öz əlindədir, zatən.

Nigar Orucova

 

0.19640684127808