Nazarbayev adına təqaüd LƏĞV EDİLDİ

 

Qazaxıstan hökuməti respublikanın ilk prezidenti Nursultan Nazarbayevin adını mədəniyyət sahəsində verilən dövlət təqaüdünün adından çıxarıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə hökumətin “Qanun” portalında dərc olunan qərarında deyilir.

Mədəniyyət sahəsində dövlət təqaüdü fəxri adlara və dövlət mükafatlarına layiq görülmüş incəsənət xadimlərinə və mədəniyyət işçilərinə, xüsusilə istedadlı gənc rəssamlara dəstək olmaq məqsədi ilə hər il təyin edilir.

Qeyd edək ki, yanvarın 13-də Qazaxıstan parlamenti Nazarbayevin, eləcə də onun ailə üzvlərinin statusunu və imtiyazlarını tənzimləyən “ Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbaşı haqqında” qanunu ləğv edib.

7.2666540145874