Əməkdar artistin oğlu atasının son vəziyyətini açıqladı

 

Bu yaxınlarda açıq ürək əməliyyatı keçirən Əməkdar artist Vahid Əliyev bu gün evə buraxılıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə APA-ya sənətçinin oğlu Ramil Əliyev məlumat verib.

Onun sözlərinə görə, aktyorun səhhəti yaxşılaşır: “Müalicəsi evdə davam edəcək. Bildiyiniz kimi, ağır əməliyyat keçirib. Amma artıq səhhətində yavaş-yavaş irəliləyiş hiss olunur”.

Qeyd edək ki, Vahid Əliyev ötən il dekabrın 24-də infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib və bir neçə gün öncə açıq ürək əməliyyatı keçirib.

1.3826670646667