İşğal dövründə Azərbaycanın xammal ehtiyatlarını istismar edən şirkətlər bu dövlətlərə məxsus olub- SİYAHI

 

İşğal dövründə Azərbaycan ərazilərində 30-a yaxın ölkənin şirkətləri ekoloji istismarla məşğul olub.

Demokratikmusavat.com xəbər verir ki, bu sözləri Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev bugünkü mətbuat konfransında deyib. O bildirib ki, bu ölkələr Kanada, Avstraliya, ABŞ, İngiltərə, Almaniya, İsveçrə, Hindistan şirkətləri olub:

"Bu da birbaşa beynəlxalq  konvensiyaların və beynəlxalq hüququn pozulması nəticəsində ölkə ərazisində mineral xammal ehtiyatların xaricə daşınması ilə nəticələnib".

Ə.Əliyev bildirib ki, istismar əsasən, qızıl və mis yataqlarında aparılıb. Onun sözlərinə görə, hazırda istismar müddətində dəymiş zərərə hesablanır.

Sonuncu istismarçı şirkətlər isə İsveçrə və Rusiyaya məxsus olub.

Billurə Yunus

0.41141891479492