“Şaxtyor” futbolçu satıb Ukrayna ordusuna yardım etdi

 

Ukraynanın aparıcı klublarından olan Donetsk “Şaxtyor”u orduya 25 milyon dollar yardım edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda klubun prezidenti Rinat Axmetov məlumat verib.

O, bu məbləğin İngiltərənin “Çelsi” klubuna 100 milyon avro qarşılığında keçən Mixaylo Mudrikin transferindən əldə olunan gəlirin bir hissəsi olduğunu açıqlayıb.

“25 milyon dollarlıq yardım əsgərlərə, vətənini müdafiə edənlərə və ailələrinə veriləcək. Bu yardım həm də sağlamlıq və müalicə öncəsi kimi əhəmiyyətli xərclər üçün istifadə olunacaq”.

Qeyd edək ki, “Çelsi” dünən Donetsk “Şaxtyor”unda oynayan 22 yaşlı ukraynalı cinah oyunçusu ilə 8,5 illik müqavilə imzaladığını açıqlayıb.

0.20732402801514