Komissiyasız pul köçürmək mümkün oldu

 

"Turan" artıq Türkiyədən Azərbaycana komissiyasız pul köçürmələri (kartdan karta) imkanını işə salıb"


Demokratikmusavat.com xəbər verir ki, bunu “Turan Teknoloji Anonim Şirketi” (Turan) təsisçisi və baş direktoru Özgür Bayraktar deyib.  
Onun sözlərinə görə, həm Azərbaycandan Türkiyəyə, həm də əksinə pul köçürmələri üzrə limitlər bu və ya digər kartı emissiya edən bank tərəfindən tənzimlənir.

"Hazırda köçürmələri komissiyasız həyata keçiririk və önümüzdəki 90 gün ərzində Türkiyədən Azərbaycana pul kçürmələrini komissiyasız həyata keçirməyi plaşlaşdırırıq".

0.15356206893921