Tamaşa əsnasında akrobat yerə çırpıldı: qorxu dolu anlar - VİDEO

 

Meksikada akrobat yüksəklikdən yerə çırpılıb.

Demokratikmusavat.com "Haber Global"a istinadla xəbər verir ki, hadisə Meksikanın Tamaulipas əyalətində “Buz üzərində fantastik dünya” adlanan sirkdə baş verib. 

Belə ki, ipə bağlanılmış halqa üzərində çıxış edən Mia Qonzales Soto halqanı tuta bilmədiyinə görə təxminən 5 m yüksəklikdən yerə yıxılıb. Hərəkətsiz vəziyyətdə qalan akrobata sirk mühafizəçiləri köməklik edib. Tibb işçisi olan tamaşaçılardan biri isə ona ilkin yardım göstərib.

Akrobatın vəziyyətinin yaxşı olduğu bildirilir.

 

0.24397802352905