Bu il yanvarın 1-nə Azərbaycanda əmək müqavilələrinin sayı 1 milyon 746 min 309 vahid olub.
“Demokratikmusavat.com ” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında bildirib.
"Əmək münasibətlərinin rəsmiləşdirilməsini təmin edən mexanizmlərin təkmilləşdirilməsi və stimullaşdırıcı tədbirlər nəticəsində 2019-cu ilin əvvəli ilə müqayisədə əmək müqavilələrinin sayı 344 min 394 vahid artıb. O cümlədən qeyri-dövlət sektorunda əmək müqavilələrinin sayı 291 min 435 vahid artaraq 831 min 357 olub", - deyə o qeyd edib.