Paytaxtın mərkəzi yolu çökdü: Rəsmi qurumun əməkdaşları hadisə yerində - FOTO

 

Paytaxtın Həsən Əliyev küçəsinin bir hissəsində yol çöküb. 

Hadisəyə səbəb son zamanlar yağıntıların çox olmasıdır. O da bildirilir ki, yolun belə vəziyyətdə olması axşamlar həmin ərazidə tıxac yaranmasına səbəb olur. 

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli baku.ws-ə açıqlamasında bildirib ki, problem aidiyyatı üzrə şöbəyə yönləndirilib:

"Əməkdaşlarımız əraziyə baxış keçirib. Problemin kökünü araşdırıb aradan qaldıracaqlar".

0.21940803527832