Bosfor boğazında hərəkət bərpa olundu - YENİLƏNİB - FOTO

 

Bosfor boğazının bağlanmasına səbəb olan “MKK-1” adlı yük gəmisi saydan çıxarılıb. Xilasetmə əməliyyatı təqribən dörd saat çəkib.

Məlumata görə, Ukraynadan yola çıxan 142 metr uzunluğundakı gəmi “Nene Hatun” və “Kurtarma” buksir gəmilərinin köməyi ilə hərəkətə gətirilib.

***

Ukraynadan gedən yük gəmisi Bosfor boğazında saya oturub.

Demokratikmusavat.com xəbər verib ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Baş İdarəsi məlumat yayıb.

Bildirilir ki, insidentlə əlaqədar boğaz gəmilərin hərəkəti üçün bağlanıb.

Yük gəmisinin Umuryeri yaxınlığında saya oturduğu vurğulanıb. Hazırda Türkiyə hökuməti xilasetmə əməliyyatı aparmaq üçün hadisə yerinə beş gəmi göndərib.

0.21507906913757