Media nümayəndələri Naxçıvana gedirlər

 

Bu gün bir qrup KİV təmsilçisi Naxçıvan Muxtar Respublikasına səfər edəcək.

“Report”un məlumatına görə, nümayəndə heyətinə müxtəlif media qurumlarının rəhbərləri daxildir.

Səfərin məqsədi muxtar respublikada son zamanlar həyata keçirilən dəyişikliklərlə tanış olmaqdır.

Media təmsilçiləri Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və digər rəsmi şəxslərlə görüşəcəklər.

0.20432710647583