Nepalda dəhşətli təyyarə qəzası: hər kəs öldü

 

Nepalın Poxara hava limanında sərnişin təyyarəsi uçuş-enmə zolağında qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, təyyarə “Yeti” Hava Yollarına məxsus olub.

Qeyd edilir ki, təyyarədə 68 sərnişin və 4 ekipaj üzvü olub. İlkin məlumata görə, qəza nəticəsində 16 nəfər ölüb.

Hazırda hadisə yerində xilasetmə işləri aparılır. Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Lakin başa bir məlumatda bildirilir ki, təyyarədə olan hər kəs ölüb.

Demokratikmusavat.com

0.22418808937073