Ukrayna münaqişəsi əsrin ən əhəmiyyətli qarşıdurmasıdır. Avropa ölkələrinin seçdiyi yol onların iqtisadiyyatına və rifahına böyük ziyan vurur.
Demokratikmusavat.com Axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov deyib.
Senator bildirib ki, ABŞ Ukraynanı dəstəklədiyinə görə öz varlığını da təhlükə altına qoyur:
"Qərb real və potensial ziyanı dayandırmaq və qiymətləndirmək əvəzinə özünü manevr azadlığından və Ukraynanın geosiyasi bataqlığından ciddi siyasi və nüfuz itkisi olmadan çıxmaq imkanından məhrum edərək, daha da irəli gedir".