Uşaq paltaryuyan maşında ölü tapıldı

 

Fransanın "Le Parisien” qəzetinin yaydığı məlumata görə, Parisdə bir ailədə ata, ana və övladları nahar etdikdən sonra digər uşaqlarının yoxluğun hiss ediblər. Ailə üzvləri uşağı axtarmağa başlayıblar, lakin axtarışlar nəticə verməyib. Ailə üzvləri evə gəldikdə paltaryuyan maşında dəhşətli mənzərə ilə rastlaşıblar, qız uşağı orada ölü tapılıb. 

Ata təcili tibbi yardım çağırıb, gecə saatlarında uşaq vəfat edib. 48 yaşlı atanın ifadəsinə görə, ailə üzvləri onu tapanda paltaryuyan maşının qapısı bağlı olub.

İlkin araşdırmalar hadisənin boğulma ilə bağlı ola biləcəyini və onun bədənində heç bir fiziki zorakılıq əlamətlərinin olmadığını göstərir. Hələ ki, meyit üzərində yarılma işi aparılmayıb.

“Demokratikmusavat.com”

0.24403190612793