Mircalal Mehdiyev: "...Bəzi insanlar obyektiv və ədalətli deyillər"

 

Müəlliməyə dəstək olan bəzi insanlar obyektiv və ədalətli deyillər, maraqlarının başqa olduğunu düşünürəm. Müəllimənin müraciəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin işinə kölgə salmaq istəyən bəzi insanlar üçün fürsətdir, yararlanırlar, qəbuledilməz və yolverilməzdir.

Şagirdlərin yaşı 17-dən az olduğu üçün, sanitar qovşağı (WC) qarşısında məktəblərdə növbə yaranması tibbi baxımdan düşünəndə nadirən belə mümkünsüzə yaxındır.

Bir məktəbdə sanitar qovşağı (WC) yoxdursa, sayı azdırsa, yaxud təmirli deyilsə, bu halın həmin məktəbdə çalışan sıravi bir müəlliməni narahat etməsi səmimi görünmür, inandırıcı deyil. Bu halı, sosial şəbəkələrdə elan etmək əvəzinə, yazılı, yaxud şifahi olaraq yuxarı qurumlara, hətta, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə bildirmək olardı, video kamera önündə çıxış edərək, bu çıxışını sosial şəbəkələrdə yerləşdirmək başa düşülən deyil, başa düşüləndə də altda yatan başqa məqsədlərin olduğu ağıla gəlir.

1994-2006-ci illərdə şagirdi olduğum məktəbdə 2 sanitar qovşağı (WC) var idi, biri qadınlar üçün, digəri kişilər üçün və heç birində istifadə zamanı növbə yaranmazdı. O zaman məktəbdə şagird, müəllim və digər çalışan ümumi insan sayı 300 nəfərdən çox, 400 nəfərə yaxın idi.

Günlərlə gündəmləri zəbt edən müəllimə məktəb üçün səhv etmirəmsə 5-6 sanitar qovşağı (WC) tələb edir, əks halda şagirdlərə məktəbə gəlməməyi, dərslərdən yayınmağı əmr edir.

Ölkəmizdə bütün rayon və şəhərlərdə yüksək keyfiyyətə malik saysız-hesabsız məktəblər tikilib və yeni-yeni məktəblərində tikilməsi davam edir, hesab edirəm Elm və Təhsil Nazirliyinin işinə kölgə salmaqdan ötrüdür, bəzi şəxslərin müəlliməyə dəstəyi. Müəllimənin özünün ilk başdakı məqsədini isə, daha dəqiq bir Allahı bilir, bir özü, dildə danışdıqları səmimi və inandırıcı deyil, altda yatan başqa səbəblər ağıla gəlir.

Mircalal Mehdiyev

"Demokratikmusavat.com"

0.20801997184753