Filippində daşqın qurbanlarının sayı artıb

 

Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 27 nəfər ölüb.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə ölkənin Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şurasının dərc olunmuş hesabatında qeyd olunub.

Bildirilib ki, 11 nəfər xəsarət alıb, daha 3 nəfər itkin düşüb. Məlumata görə, daşqınlar ölkənin 13 regionunda 614,1 mindən çox filippinliyə ziyan vurub. Bundan əlavə, daha 112,5 min sakin təxliyə edilməli olub.

Sel 215 yola, 54 körpüyə və 24 dəniz limanına ziyan vurub, 532 şəhərdə məktəblər və fabriklər müvəqqəti bağlanıb, 31 şəhərdə fövqəladə vəziyyət elan edilib.

İnfrastruktura dəyən ümumi ziyan 3,12 milyon dollar qiymətləndirilir.

0.48537015914917