Hökumət üsyançılarla danışıqlar aparacaq

 

Kolumbiya hakimiyyəti və “Milli Azadlıq Ordusu” üsyançıları gələn həftə Venesuelada danışıqlar aparacaq.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə TASS hökumət nümayəndə heyətinin rəhbəri Otti Patinyoya istinadən məlumat yayıb.

Üsyançılar da görüşdə iştiraklarını təsdiqləyiblər və qeyd ediblər ki, danışıqlarda mövcud siyasi böhranın aradan qaldırılması və danışıqların növbəti raunduna hazırlıq müzakirə olunacaq.

Qeyd edək ki, “19 Aprel Hərəkatı”ndan keçmiş üsyançı Qustavo Fransisko Petro Urreqo Kolumbiyada hakimiyyətə gəldikdən sonra hökumətlə “Milli Azadlıq Ordusu” arasında altı ay müddətinə atəşkəs bağlanıb, lakin sonradan üsyançılar atəşkəs razılaşmasından çıxdıqlarını bəyan ediblər.

0.20604205131531