Tel-Əvivdə hökumətə qarşı mitinq keçirilib

 

İsrail müxalifəti Benyamin Netanyahunun rəhbərlik etdiyi ölkənin yeni hökumətinin siyasətinə qarşı kütləvi etiraz aksiyaları təşkil edib.

Demokratikmusavat.com xəbər verir ki, ən böyük mitinq Tel-Əvivdə keçirilib.

Nümayiş şəhərin mərkəzindəki Həbimə meydanında keçirilib. Nəşrin məlumatına görə, polis iştirakçıların sayının 80 min nəfər olduğunu deyib.

Kiçik miqyaslı aksiyalar ölkənin digər böyük şəhərlərində də keçirilib.

0.68603801727295