Ölkəmizə relokasiya edən əcnəbi İT mütəxəssisləri nə gözləyir?

 

Osman Gündüz:

"İKT güzəştlər paketi" , əhəmiyyəti və atılacaq addımlar.
Ölkəmizə relokasiya edən əcnəbi İT mütəxəssisləri nə gözləyir ?
Ötən ilin sonu Prezident İlham Əliyev İKT sektorunda genişmiqyaslı güzəştləri nəzərdə tutan bir neçə qanuna dəyişiklikləri təsdiqləyib.
Bu dəyişikliklər nəticəsində İT sahəsindəki şirkətlərə, fiziki şəxslərə, eləcə də xarici vətəndaşlara ciddi vergi güzəştləri tətbiq ediləcək.
Bu güşətlərə əsasən əcnəbi İT mütəxəssislərin ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaları üçün şirkətlər tərəfindən iş icazəsinin alınması da tələb olunmayacaq.
Media üçün də maraqlı olacağını düşünərək güzəştlər paketinin əhəmiyyəti haqqında qısa olaraq aşağıdakıları bildirmək istərdim.
1. Qonşu ölkələrdə bu tip güzəştlər bir xeyli öncədən qəbul edilib. Həmin ölkələrə Rusiya, Belarus və Ukraynadan xeyli İT mütəxəssislərin relokasiyası da baş tutub.
Bizim ölkəmizdə gec də olsa dəyişikliklər paketinin qəbulu çox əhəmiyyətlidir və bəzi ölkələrlə bu sahədə rəqabətədavamlılıq üçün münbit şərait yaradacaq.
 Bununla rəqəmsal sahibkarlığın inkişafı stimullaşdırılacaq, "beyin axınının" qarşısını almağa kömək olacaq.
 Sektorda yeni , rəqəmsal sahibkarlıq mədəniyyəti formalaşacaq.
Dəyişikliklər gələcəkdə ölkəmizin regionda İKT Mərkəzə çevrilməsinə də töhfə verəcək.
2. Əcnəbi İT mütəxəssis və şirkətlər üçün münbit şəraitin yaradılması sektora investisiyaların cəlbi, yerli İT kadrların hazırlanmasının sürətlənməsi və peşəkarlığının artırılması, innovativ mühitin inkişafı və ekosistemin yeni və daha peşəkar oyunçularla güclənməsi baxımından da əhəmiyyətlidir
3.Düşünürəm ki, bütün bu dəyişikliklər və formalaşacaq yeni İT mühit gələcəkdə ölkəmizdə ÜDM-də İKT -nin xüsusi çəkisinin artmasında və İT eksportun həcminin yüksəlməsində də özünü göstərəcək
4.Yeri gəlmişkən, bir daha vurğulamaq istərdim ki , bu güzəştlər paketinin hazırlanması və kordinasiya olunmaqla ortalığa çıxarılmasında RİNN ciddi rol oynayıb.
Bununla belə, hazırda güzəştlərin tətbiqi istiqamətində informasiyalı mühit çox zəifdir.
 İndiki halda, güzəştlər paketinin necə tətbiq olunacağı, kimlərə şamil olunacağı , güzəştlərdən bəhrlənmək üçün yerli və xarici İT mütəxəsislərdən və kiçik-orta biznesdən tələb olunanlarla bağlı RİNN, KOBİA və digər aidiyyatı qurumlar tərəfindən maarifçilik işlərinin aparılmasına, bununla bağlı RƏQƏMSAL PLATFORMANIN yaradılmasına ciddi ehtiyac var.
Ümid edirəm RİNN, onun müvafiq Agentlikləri bu istiqamətdə , dövlət -özəl tərəfdaşlığı prinsipini gözləməklə, vətəndaş cəmiyyəti və medianı da cəlb etməklə səylərini gücləndirəcək.
5. RİNN, KOBİA, Miqrasiya və digər maraqlı tərəflərin iştirakı ilə güzəştlərin tətbiqi və ondan bəhrələnmək yolları, relokasiya edən əcnəbi İT mütəxəssislərə mesajların verilməsi məqsədilə geniş bir tədbirin keçirilməsi də faydallı olardı.

Demokratikmusavat.com

0.13487982749939