Britaniya Ukraynaya tank eskadrilyasını göndərəcək

 

Böyük Britaniyanın baş naziri Sunak Ukraynaya Challenger 2 tanklarının eskadrilyasını göndərmək  qərarına gəlib.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Nəşrin məlumatına görə,  Britaniyanın quru qoşunlaırnın əsas  döyüş tankı hesab edilən dörd “Challenger 2” tankı tezliklə  Şərqi Avropaya göndəriləcək. Bunun ardınca daha səkkiz zirehli maşın göndəriləcək.

Bundan əvvəl Sunakın ofisinin nümayəndəsi bildirib ki,  Kiyevə hərbi texnikanın göndərilməsi müharibə  bölgəsində hadisələrin gedişatını dəyişməyə imkan verir. “Biz bu müharibədə qalib gəlmək üçün Ukraynanı yeni nəsil hərbi texnologiya ilə təmin etməklə  dəstəyimizi sürətləndiririk”- o deyib.

Tankların Kiyevə ötürülməsi ilə bağlı qadağanı aradan qaldıran ilk ölkə Britaniya olacaq.

Sunakın qərarı Ukraynaya ağır zirehli maşınların tədarükündə dönüş nöqtəsi olacaq. Bundan əvvəl Qərb ölkələri Rusiya ilə münaqişənin daha da gərginləşəcəyindən ehtiyat edərək Kiyevin Ukrayna Silahlı Qüvvələrini tanklarla təmin etmək istəyindən imtina etmişdilər .

Mürtəza
Demokratikmusavat.com

0.14683413505554