Rusiya iki milyonluq ordu yaratmağa çalışır: Səfərbərlik ola bilər

 

Rusiya iki milyonluq ordu yaratmağa çalışır. Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, təcavüzkar ölkənin hakimiyyəti yaxın günlərdə növbəti səfərbərlik dalğası elan edə bilər.

Demokratikmusavat.com Bizimyol.info-ya istinadən xəbər verir ki, bu barədə yanvarın 13- də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edildiyi kimi, səfərbərliyin birinci dalğası zamanı Rusiya ordusuna 300 min nəfər çağırılıb. Bildirilir ki, qısa məşqdən sonra səfərbər olanlar Ukraynaya qarşı müharibəyə atılırlar.

Ukrayna kəşfiyyatı yaxın günlərdə Rusiyada növbəti səfərbərlik dalğasının elan olunacağını istisna etmir . Beləliklə, Rusiya Federasiyasının daha 500 min vətəndaşı rus ordusuna qoşulacaq və bu, Moskvaya strateji ehtiyatlar yaratmağa imkan verəcək.

Üstəlik, Rusiya artıq yeni səfərbərlik dalğasının elanına fəal şəkildə hazırlaşır. Xüsusilə, Rusiya Federasiyasının qanunlarına dəyişikliklər edilir, təlim mərkəzlərinin aktiv hazırlığı aparılır.

"Ukraynanın hərbi kəşfiyyatının qiymətləndirmələrinə görə, təcavüzkar ölkənin həyata keçirdiyi səfərbərlik tədbirlərinin miqyası onun rəhbərliyinin iki milyona yaxın ordu yaratmaq planlarından xəbər verir", - deyə Ukrayna Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatında qeyd edilir.

Qeyd edək ki, müharibə və xüsusilə səfərbərlik səbəbi ilə Rusiyanı tərk edənlərin sayı son vaxtlar çoxalıb.

Ölkəni tərk edənlər arasında tanınmış adlar da var. OBOZREVATEL xəbər verir ki, məşhur rus fiqurlu konkisürən də səfərbərlik səbəbindən ABŞ-a qaçıb. 21 yaşlı Mixailo Nazarychev bildirib ki, artıq vətənində özünü təhlükəsiz hiss etmir.

0.14966416358948