Avropa sanksiyaların səhv olduğunu etiraf etməyə cəsarət etmir - Orban

 

Macarıstanın baş naziri hesab edir ki, Qərb Rusiyaya qarşı sanksiyaların səmərəsiz olmasına baxmayaraq, tətbiq etməkdə davam edəcək.

Demokratikmusavat.com Bizimyol.info-ya istinadən xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqının sanksiya siyasətinin yanlışlığını etiraf etməyə cəsarəti yoxdur və Macarıstanın daha böyük ölkələrin mövqeyini dəyişmək üçün kifayət qədər gücü yoxdur.

Bundna əlavə, Macarıstanın baş naziri əvvəlki fikirlərini təkrarlayıb: “Sanksiyalar dayandırılsa, enerji qiymətləri bir neçə dəqiqə ərzində azalacaq və eyni zamanda ümumi qiymət səviyyəsi və inflyasiya dərhal iki dəfə azalacaq.

Brüsselin bu siyasi qərara ehtiyacı var. Amma mən o qədər güclü bisepsli adam görmürəm. Məsələn, biz macarların cəsarəti var, amma mənim fikrimcə bunun fərqi yoxdur... Zərərli tezislərin irəli sürülməsinin sürətini azalda bilərəm, lakin mən böyük dövlətlərin və bütün Aİ-nin mövqeyini genişləndirə bilmərəm”, - deyə Orban bildirib.

Macarıstanın baş nazirinin nöqteyi-nəzərindən, Rusiya Federasiyasına qarşı sanksiya siyasətinin səmərəsiz olmasına baxmayaraq, davam etdiriləcəyi ehtimal edilir.

Qeyd edək ki, Polşanın PAP agentliyi dünən “Brüssel fevrala qədər 10-cu sanksiyalar paketini qəbul etmək istəyir, Macarıstan yenidən əyləc ola bilər” başlıqlı xəbər dərc edib.

Xəbərdə bildirilirdi ki, Brüssel Rusiyaya qarşı onuncu sanksiyalar paketi üzərində işi sürətləndirib - üzv ölkələr fevralın əvvəlində Kiyevdə keçirilməsi planlaşdırılan Ukrayna-Aİ sammitinə qədər yeni paket qəbul etmək istəyirlər.

Məlumatda qeyd edilir ki, növbəti paket üzərində iş son günlər Brüsseldə sürətlənir və AK rəhbəri Ursula von der Leyen də çərşənbə axşamı bu məsələyə işarə edib.

"Biz lazım olduğu müddətcə Kremlə sanksiyalarla təzyiq göstərəcəyik. Sanksiyaları Belarus və İran kimi Rusiyanın müharibəsini hərbi dəstəkləyənlərə də şamil edəcəyik", - deyə o, bildirib.

0.41596603393555