Nazarbayevin ailə üzvləri əmlak və bank hesablarının toxunulmazlığı hüququnu itirdilər - YENİLƏNİB

 

Qazaxıstan parlamentinin cümə günü “Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası (milli lider) haqqında” qanunun qüvvədən düşməsi barədə qərar qəbul etməsi ilə ölkənin birinci prezidenti Nursultan Nazarbayevin ailə üzvləri əmlak və bank hesablarının toxunulmazlığı hüququnu itiriblər.

Bu barədə Qazaxıstanın ədliyyə naziri Azamat Yeskarayev jurnalistlərə bildirib.

“Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası haqqında” qanun Nazarbayevin, eləcə də onun ailə üzvlərinin statusunu və imtiyazlarını tənzimləyirdi. Nazarbayevin xalqa müraciət etmək, parlament qarşısında və hökumət iclaslarında çıxış etmək hüququ var idi. Qanuna görə, birinci prezidentin toxunulmazlığı var idi və bu, Nazarbayevin və onunla birlikdə yaşayan ailə üzvlərinin şəxsi əsaslarla sahib olduqları bütün əmlaka şamil edilirdi.

***

Qazaxıstan parlamentinin deputatları cümə günü palataların birgə iclasında “Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası (milli lider) haqqında” qanunu qüvvədən salıblar.

Demokratikmusavat.com xəbər verir ki, deputatlar ölkənin birinci lideri Nursultan Nazarbayevin statusu və səlahiyyətləri ilə bağlı ilk prezident haqqında qanunun qüvvədən düşməsini səs çoxluğu ilə qəbul ediblər.

Daha əvvəl Məclisin (parlamentin Aşağı Palatası) deputatları bu qanun layihəsinin müzakirəsi üçün parlament palatalarının birgə komissiyasını yaradıblar.

0.1229350566864