Baydenin ofisindən məxfi sənədlər tapıldı

 

ABŞ Prezidenti Co Baydenin ofisindən ikinci dəfə dövlətin məxfi sənədləri tapılıb.

Demokratikmusavat.com xəbər verir ki, sənədlər Baydenin 2009-2017-ci illərdə vitse-prezident olduğu dövrə aiddir.

Baydenin şəxsi vəkilləri Ağ Ev və milli arxivlərlə bağlı dövlət qurumları ilə əlaqə saxladığını açıqlayıb.

Ağ Ev rəsmilərinin sözlərinə görə, Ədliyyə Nazirliyi sözügedən sənədlərdə məxfi məlumatların olub-olmaması barədə araşdırmanı davam etdirir.

Qeyd edək ki, Co Bayden iqamətgahından tapılan sənədlərə görə keçmiş Prezident Donald Trampı məsuliyyətsizlikdə ittiham edir.

0.13836288452148