Fransa parlamentinin sədri Ermənistana gəldi 

 

Fransa Milli Assambleyasının sədri Yael Bron-Pive Ermənistana rəsmi səfərə gəlib.

Demokratikmusavat.com  xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Fransa nümayəndə heyətinə parlamentin vitse-spikeri Valeri Rabo, Xarici əlaqələr komissiyasının sədri Jan-Lui Burlanj, deputat Anne Genet və İqtisadi məsələlər üzrə komissiyanın sədr müavini, Fransa-Ermənistan Dostluq Qrupunun sədri Ann-Lorens Patel daxildir.

“Zvartnots” beynəlxalq hava limanında fransalı parlamentariləri Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan qarşılayıb.

Yael Bron-Pive Simonyanla görüşəcək və onunla birgə mətbuat konfransı keçirəcək. Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla da görüşlər planlaşdırılır.

0.13446617126465