Ərdoğan Putin və Zelenski ilə danışıqlar aparacaq

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 13 və 14-də Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenski ilə telefon danışığı aparmaq niyyətindədir.

Demokratikmusavat.com xəbər verir ki, danışıqların əsas mövzusu humanitar dəhlizin yaradılması ilə bağlı məsələlər olacaq.

Prezident Ərdoğan Rusiya və Ukrayna arasında humanitar dəhliz yaratmaq üçün bu gün və ya sabah Putin və Zelenski ilə danışıqlar aparacaq.

Qeyd edək ki, Ukrayna böhranından əziyyət çəkən uşaqlara, qadınlara və yaralılara kömək məqsədilə Türkiyənin vasitəçiliyi ilə humanitar dəhlizin yaradılması planlaşdırılır.

 

0.13701701164246