Köməkçi işə götürüldü, ustasını xəstəxanalıq etdi - VİDEO

 

Mağazada işə yeni başlayan naşı şagird bir dəqiqə ərzində ustasının həm ayağından, həm də başından xəsarət almasına səbəb olub. 

Demokratikmusavat.com xəbər verir ki, hadisə Brazilyada avtoservislərdən birində lentə alınıb. 

Belə ki, şagirdin qoyduğu dəmir dirək aşaraq əvvəlcə ustanın ayağının üzərinə düşüb. Həmin an yerindən qalxmayan usta ayaqqabısını və corabını çıxararaq divara söykənib. Usta özünə gəlməmiş, işə yeni başlayan şəxs yenidən dəmiri dikinə qoyub çölə çıxır. Bu zaman dəmir dirək bir daha aşaraq ustanın başına düşüb. 

Usta bütün bu olanlardan sonra xəstəxanaya yerləşdirilib.

Həmin görüntüləri təqdim edirik:

 

Günay

0.12950301170349