Rusiyanın Ukraynaya hücumlarında ciddi probelmlər - Səbəbi açıqlandı

 

Silah-sursat çatışmazlığı Rusiyanın Ukraynada döyüş əməliyyatlarını davam etdirməyə ciddi maneələr yaradacaq

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hazırladığı hesabatda qeyd olunub.

ISW analitikləri hesab edir ki, Ukrayna və Amerika rəsmilərinin açıqlamalarına əsasən, rus ordusunun artilleriya atəşinin gündəlik intensivliyi artıq 75% azalıb. Bu, 24 fevral 2022-ci ildən bəri ən aşağı səviyyədir.

Onların fikrincə, Rusiya qoşunları tədarükün azalması səbəbindən ya atəşi azaldıb, ya da öz taktikalarına yenidən baxırlar. 

ISW-nin hesabatında o da qeyd olunur ki, ruslar həddindən artıq artilleriya hücumları ilə daha qısa zaman ərzində istədikləri nəticələri əldə edəcəklərinə inanırdılar.

“Rusiya indi arxa bölgələrdən əlavə mərmiləri daşımalı və bu cür çatışmazlıqları aradan qaldırmaq üçün xarici ölkələrdən əlavə döyüş sursatları almalıdır. Bu da öz növbəsində atəş sürətinin azalmasına səbəb olacaq. Rusiyada silah-sursat kimi fundamental problemlərin getdikcə daha çox etiraf olunur. Silah-sursat çatışmazlığı nəticəsində qoşunu təmin edə bilməmək hücum əməliyyatlarına ciddi mane olur”, – hesabatda deyilir.

Mürtəza
Demokratikmusavat.com

0.40204501152039