Məzahir Pənahovun ailəsində bir həftədə 2 möhtəşəm toy - Görün kimlər gəldi?

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komisiyyasının sədri Məzahir Pənahov oğullarına toy edib.

Demokratikmusavat.com xəbər verir ki, MSK rəhbəri bir həftədə iki möhtəşəm toy mərasimi keçirib. Belə ki, M. Pənahov əvvəlcə kiçik oğlu Araz Pənahova “Buta Palas”da, elə həmin həftə ərzində də böyük oğlu Məhəmməd Pənahova “Fairmont” hoteldə dəbdəbəli toy edib. Məhəmməd Həlimə adlı xanımla, Araz isə Nərgiz adlı xanımla ailə həyatı qurub. Mərasimdə nazirlər, deputatlar, icra başçıları, generallar, bir çox nüfuzlu iş adamları iştirak edib. Toyu Xalq artistləri Röya Ayxan, Eyyub Yaqubov, Əməkdar artist Xəyyam Nissanov idarə edib. Mərasimində gəlinlərə bahalı qızıl-brilyant hədiyyə ediblər.

MSK sədri Məzahir Pənahov manset.az-a açıqlamasında toy mərasimlərinin keçirildiyini təsdiq edərək dəstəyi asıb.

P. S. Məzahir Pənahov 20 ildən çoxdur MSK sədridir və ölkədə keçirilmiş bütün seçkiləri saxtalaşdırıb. Buna görə də, "xüsusi imtiyaza" malikdir. O, ölkədə böyük imkana malik haram qazanc sahiblərindəndir.

Lakin nəzərə alaq ki, ölkə başçısı, hətta yüksək vəzifəli şəxslərin ailəsində təmtəraqlı toy şənliklərini keçirməyi təqdir etmir. O zaman, görəsən, xeyli Şəhidi olan ölkədə bu cür hərəkətə yol verən MSK sədri Məzahir Pənahovu nə gözləyir?!

0.14134192466736