Hərbi jurnalist Arkadi Babçenko axtarışa verilib

 

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi jurnalist Arkadi Babçenkonu axtarışa verib.

Demokratikmusavat.com musavat.com-a istinadla xəbər verir ki, bunu idarənin axtarışda olanlar haqqında məlumat bazasından əldə edən məlumatlar sübut edir.

Jurnalistin Rusiya Federasiyası Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarıldığı açıqlanmır.

Xatırladaq ki, “Moskovski Komsomolets” və “Novaya qazeta”nın keçmiş hərbi reportyorui 2017-ci ildə Rusiyadan Kiyevə gedib. 2018-ci ilin yazında Babçenkonun güllələndiyi iddia edilsə də, ertəsi gün o, mətbuat konfransında iştirak edib.

Departament bildirib ki, Babçenko həyatına sui-qəsd hazırlandığını və bunu Rusiya xüsusi xidmət orqanlarının etdiyini iddia edib. Sahibkar Boris German sui-qəsdin təşkilinə görə məhkum edilib və 2019-cu ildə azad olunub.

2019-cu ilin payızında Arkadi Babçenko Ukraynanı tərk edib, onun İsrailə getdiyi bildirilirdi. Həmin ilin dekabrında jurnalist bildirib ki, ona İsraildə yaşamaq icazəsi verilməyib və ölkədən çıxarılıb.

0.13062191009521