Demokratikmusavat.com xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımovun qərarı ilə 4 fevral 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”də dəyişikliklər edilib.
Dəyişikliyə əsasən, sığorta şirkətləri icbari avtosığortanın həyata keçirilməsinə icazə verilməsi üçün sığortalılarla müvafiq icbari sığorta müqaviləsinin öz rəsmi internet səhifəsi vasitəsilə bağlanması imkanına malik olmalıdır. Yəni, bununla bağlı texniki tələbləri yerinə yetirməlidir. Qərara əsasən, tələblərin yerinə yetirilməsi üçün sığorta şirkətlərinə 10 gün müddət verilib.