"Atəşgah Sığorta" sədri vəzifəsindən ayrıldı

 

"Atəşgah Sığorta" ASC-nin İdarə Heyətinin (İH) sədri Azər Əliyev işdən çıxıb.

Bu barədə Demokratikmusavat.com a şirkətdən bildirilib.

Məlumata görə, onun vəzifəsini müvəqqəti olaraq İH-nin üzvü Tahir Kazımov icra edir.

A.Əliyev isə bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İH sədrinin müşaviri kimi çalışacaq. O, həm də "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin sədridir.

Qeyd edək ki, A. Əliyev 2008-2015-ci illərdə "Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin Sədrinin müşaviri və İdarə heyətinin sədri vəzifələrini icra edib. Daha sonra "Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin Sədri və AR Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin köməkçisi qismində fəaliyyət göstərən Azər Əliyev 2017-ci ildən yenidən "Atəşgah” SŞ-nin İdarə heyətinin sədri vəzifəsinə qayıdaraq, 2019-cu ildən etibarən Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri, daha sonra isə Müşahidə Şurasının sədri vəzifələrində çalışıb.

0.27115917205811