Gürcüstan Baş naziri Ermənistana gedir

 

Gürcüstan Baş naziri İrakli Qaribaşvili Ermənistana səfər edəcək.

Demokratikmusavat.com xəbər verir ki, Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Ermənistana işgüzar səfər edəcək.

Bildirilib ki, Ermənistan Baş naziri Nikol Paşinyan və İrakli Qaribaşvilinin rəhbərliyi ilə Ermənistanla Gürcüstan arasında İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.

Baş nazirlər arasında təkbətək görüş də gözlənilir.

0.15187406539917