2023-cü il fevralın 1-də Vergi Məcəlləsinin 102.1.22-ci maddəsi ilə əmanətlər üzrə faiz gəlirinin 7 il müddətinə (2016-cı ildən) vergidən azad olunması haqda müddəası qüvvəsini itirəcək. Həmin gəlir üzrə Məcəllənin 123-cü maddəsinə əsasən 10% vergi tutulacaq.
Demokratikmusavat.com xəbər verir ki, iqtisadçı ekspert Əkrəm Həsənovun sözlərinə görə, baş verənlər fonunda əmanətərin ciddi azalması üçün əsas yoxdur:
"Bu gün manat əmanətçiləri banklardan təxmini 10% illik gəlir götürürlər. Vergi ödədikləri halında 10% deyil, 9% gəlir əldə ediləcək. Elə də böyük fərq deyil. Buna görə də, əmanətərin ciddi azalması üçün əsas yoxdur. Əslində 10% vergi azdır, heç olmasa 20% tutulmalıdır"
Ekspertin sözlərinə görə, illər boyu əmanətçilərin faiz gəliri üzrə vergi ödəməməsinin özü düzgün deyildi: "Kasıb vətəndaş gəliri üzrə 14%, xərci üzrə 18% (ƏDV), üstəlik əmlak və torpaq vergisi ödəyir, lakin artıq pulu olan əmanətçi 10%-lik vergini ödəmir. Ailələr var ki, banklarda milyonlarla vəsait saxlayır".
Könül
Demokratikmusavat.com