Moskvanın küçələrində şok mənzərə: quşlar kütləvi şəkildə sərxoş oldu

 

Yanvarın 11-də səhər saatlarında Moskvada qar yığınları arasında hərəkətsiz yatmış yüzlərlə quş diqqət çəkib.

Demokratikmusavat.com ” “Moskva24” telekanalına istinadən xəbər verir ki, insanlar onlara yaxınlaşanda belə, quşlar yerindən tərpənməyib.

Mütəxəssislərin izah edib ki, quşlar ölməyib və xəstə deyil, sadəcə, sərxoş olublar. Bu, quşların şiddətli şaxtadan sonra şəhər ağaclarında əriyən quşarmudu meyvəsini yeməsi səbəbindən baş verib. 

Eyni zamanda, meyvələrdə mayalanan şəkər və giləmeyvə tərkibindəki etil spirt quşlar üçün normadan çox dozalı olub.

Ornitoloqlar vətəndaşlara belə quşları evlərinə aparmamağı, təhlükəsiz yerlərə köçürməyi tövsiyə edir ki, heç kim quşları əzməsin. Bir müddət sonra giləmeyvədən “sərxoş” olan quşlar özlərinə gələcək.

Mürtəza
Demokratikmusavat.com

0.15346693992615