Yunanıstanın sonuncu kralı vəfat etdi - FOTO

 

Yunanıstanın sonuncu kralı II Konstantinos vəfat edib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Yunanıstanın dövlət agentliyi məlumat yayıb. Səhhətində ciddi problemlər olan və koronavirusa yoluxan 82 yaşlı kral dünən gecə saatlarında dünyasını dəyişib.

Qeyd edək ki, Kral II Konstantinos 1940-cı ildə Yunanıstanın paytaxtı Afinada dünyaya gəlib. O, 1964-cü ildən referendumla Yunanıstandakı monarxiyanın ləğv edildiyi 1973-cü ilə qədər "Yunanıstan kralı" titulunu daşıyıb.

Keçmiş kral 1967-ci ilin dekabrında, polkovniklərin xuntasının ölkədəki diktator rejiminə qarşı uğursuz cəhdlərindən sonra ölkəni tərk edib.

İtaliya və İngiltərədə yaşayan kral ömrünün qalan illərini Yunanıstana gələrək burada davam etdirib.

Günay

 

0.12612199783325