Azərbaycanın ən böyük modern kitab mağazaları şəbəkəsi "Libraff" MMC yenidən təşkil olunur.
Demokratikmusavat.com xəbər verir ki, buna səbəb "Azbookgroup" və "Azhobco" MMC-lərin fəaliyyətinə xitam verilməsi və "Libraff" MMC-yə qoşulmasıdır.
"Libraff" MMC 2 şirkətin ona qoşulması nəticəsində yenidən təşkil olunur.
Qeyd edək ki, "Libraff" MMC 2017-ci ildə yaradılıb və Bakıda 5, Sumqayıtda 1, Gəncədə isə 1 filialı fəaliyyət göstərir.
Könül
Demokratikmusavat.com