Rusiya və Ukrayna bu mövzuda razılığa gəldilər 

 

Rusiya və Ukrayna 40 hərbi əsir dəyişdirmək barədə razılığa gəliblər. 

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Rusiyadakı İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova məlumat verib.

Moskalkova ilə Ukrayna Ombudsmanı Dmitri Lubinets arasında görüş yanvarın 11-də Ankarada ombudsmanların beynəlxalq konfransı çərçivəsində baş tutub.

Bundan əvvəl Rusiya Ombudsmanı ukraynalı həmkarı ilə birlikdə iki ölkə vətəndaşlarına humanitar yardımın göstərilməsini müzakirə etdiyini bildirib.

Bundan əlavə, Ukrayna, Rusiya və Türkiyə ombudsmanları Moskva və Kiyev arasında humanitar dəhlizin açılmasını müzakirə etmək üçün görüşmək barədə razılığa gəliblər. Ankara vasitəçi olmaq və döyüşlərdən əziyyət çəkən qadınlara, uşaqlara və yaralılara yardım göstərmək niyyətindədir.

Mürtəza
Demokratikmusavat.com

0.12178015708923