Azərbaycanda şiddətə meyil artır, pisliklər çoxalır

 

Siracəddin Hacı:
Səbəbləri sıralayaq:
- Azadlıq yoxdur – ailədə, məktəbdə, cəmiyyətdə, siyasətdə, dində seçim haqqı yoxdursa, məcburiyyət var, məcburiyyət məsuliyyəti öldürür, məcburiyyət nifrətə, nifrət şiddətə yol açır, pisliyi çoxaldır;
- Ədalət yoxdur - ədalət hər kəsə layiq olduğu haqqı vermək, hər kəsi, hər şeyi ilahi təyinatına uyğun dəyərləndirməkdir, ədalət yoxdursa, zülm var, zülmə məruz qalan, haqqını, dəyərini ala bilməyən şiddətə, pisliyə yönələr, pisliyin və pislərin sayı çoxalar;
- Mərhəmət azdır – mərhəmətin siyasi qarşılığı sosial dövlətdir, Azərbaycan hakimiyyəti vətəndaşına ana mərhəməti ilə yanaşmır, onun zəruri ehtiyaclarını təmin etmir, ana şəfqətindən məhrum olan insan aqressivləşir, şiddətə, pisliyə yönəlir, zəruri ehtiyaclarını təmin etmək üçün yanlış yollar axtarır;
- Yalan – güvəni yox edir, güvən olmayan yerdə məsələlər sözlə deyil, yumruqla həll olunur;
- Rüşvət – insan haqlarını sıradan çıxarır, cəmiyyəti harama bulaşdırır, haram insanın fitrətini, əxlaqını pozur, fitrəti pozulan şiddətə, pisliyə yönəlir;
- Təhsil zəifdir – oxumayan, həqiqəti öyrənməyən, sorğulamayan cəmiyyət şiddətə, pisliyə bulaşmağa məhkumdur;
- Elm zəifdir – elm yoxdursa, cəhalət var, cəhalət hər cür şiddətin, pisliyin qaynağıdır;
- Susqunluq – sussanız, pislik, pislər, şiddət artar, doğrunu danışmaq, yazmaq yaxşılığın, mərhəmətin yolunu açar;
- Biganəlik – mənə nə anlayışı şiddəti, pisliyi çoxaldar, mənim də məsuliyyətim var anlayışı yaxşılığın, şəfqətin qapısını açar;
- Passivlik – yaxşı insansan, ancaq passivsən ölçüsü pisliyi, pisləri, şiddəti bəsləyər, pisliyə müdaxilə etmək insani borcdur anlayışı xeyrin qapısını açar;
- Qorxu – duyğularını, düşüncələrini sərbəst ifadə edə bilməmək, basdırmaq, haqlarını tələb etməyə gücü çatmamaq qəzəbə səbəb olar, öfkə duyğusu insanı pisliyə, şiddətə baş vurmağa məcbur edər, cəsarət isə yaxşıları, yaxşılığı, mərhəməti önə çıxarar;
- Acı – insan bioloji, sosial, psixoloji varlıqdır, Azərbaycan xalqı acı çəkir, ağır yük altındadır, özünü çarəsiz hiss edir, haqlarını təmin edə bilmir, dəyər görmür, onun öz imkanlarını gerçəkləşdirməsinə imkan verilmir, çarəsizlik pisliyin, şiddətin yolunu açır;
- Xurafələr – ağılı öldürür, sürüləşdirir, cəhalətə məhkum edir, düşünməyən cahil fərqliliyi qəbul etməz, onu düşmən kimi görər, rəqiblərini iftira, böhtan, şiddət yolu ilə sıradan çıxarar;
- Yoxsulluq – pisliyin, pislərin, şiddətin, əxlaqsızlığın əsas qaynaqlarından biridir, çarəsi zənginlik, insanların halal yolla pul qazanmasının yolunun açılmasıdır;
- Cəzasızlıq – xalqın sərvətini talayanlar, haqqını yeyənlər, harama bulaşanlar cəzalandırılmır, cəzasızlıq pisləri, pisliyi, şiddəti çoxaldır;
- Pis örnəklər – cəmiyyət, Tv-lər fiziki, psixoloji şiddət, pislik örnəkləri ilə doludur, təbliğ olunan artar, hər cür zülmə yol açar, xəstə insanlar yetişdirər;

Demokratikmusavat.com

0.17561602592468