Təbii fəlakətlər ABŞ-a 165 milyard dollar ziyan vurub

 

Ötən il ABŞ-a böyük təbii fəlakətlərdən dəyən ziyan 165 milyard dollar təşkil edib.

Demokratikmusavat.com  xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının ekspertləri bu qənaətə gəlib.

Ümumilikdə ölkədə 18 böyük təbii fəlakət qeydə alınıb ki, hər birindən dəyən ziyan 1 milyard dolları ötüb. Bunlara üç qasırğa, qar fırtınası (ABŞ-ın mərkəzi və şərq hissələrində), meşə yanğını (da ölkənin qərbində), quraqlıq (ABŞ-ın qərb və mərkəzi hissələrində), daşqın (Missuri və Kentukki), iki tornado (cənub və cənub-şərq) daxildir.

0.15094494819641