Paralel.az " "Haber Global"a istinadən xəbər verir ki, bunu Türk ..."> Paralel.az " "Haber Global"a istinadən xəbər verir ki, bunu Türk ...">

Ərdoğan: "PKK-nın İraqda varlığına son qoyulmalıdır"

 

"PKK-nın İraqda varlığına son qoyulmalıdır".

Demokratikmusavat.com "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə telefon danışığı zamanı deyib.

İraqın sülh, sabitlik və ərazi bütövlüyünə Türkiyə qədər önəm verdiklərini bildirən Ərdoğan PKK-nın İraq torpaqlarında varlığına son qoyulmasının milli təhlükəsizlik maraqlarına cavab verdiyini qeyd edib.

Söhbət zamanı Türkiyə-İraq əlaqələri və regional məsələlər müzakirə edilib. Ərdoğan ikitərəfli və regional əməkdaşlığın qarşıdakı dövrdə bütün sahələrdə daha da güclənəcəyinə inandığını vurğulayıb.

0.14870190620422