Paşinyan: “Bakı bu təklifi rədd etdi”

 

“Sankt-Peterburqa sonuncu səfərimiz zamanı bizə elə gəldi ki, biz razılığa gəlmişik, yəni Rusiya ilə mövqeyimiz üst-üstə düşür. Bunun əsasında Rusiya hökumətinin baş nazirinin müavini bəyanatın mətnini hazırladı və mən onu imzalamağa hazır idim, lakin Azərbaycan bəyanatı imzalamaq istəmədi”. 

Demokratikmusavat.com ” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında kommunikasiyaların bloklanması ilə bağlı sualı cavablandırarkən deyib.

O, Ermənistanın sərhəd nəzarətini müvəqqəti olaraq hansısa beynəlxalq operatora həvalə etmək təklifini xatırladıb.

“Lakin Bakı bu təklifi də rədd etdi. Buna baxmayaraq, bizim bütün təkliflərimiz etibarlıdır”, - Paşinyan əlavə edib.

Mürtəza
Demokratikmusavat.com

0.46736001968384