Sabiq prezidentin qızı 5 il azadlıqdan məhrum edildi

 

İran Məclisinin (parlament) keçmiş üzvü və tanınmış qadın haqları fəalı Faezeh Haşimi-Rəfsəncani hökumət əleyhinə etirazları qızışdırmaqda ittiham olunaraq beş il müddətinə azadlıqdan məhrum edilib.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “Fars xəbər”ə onun vəkili Nida Şəms məlumat verib.

Onun sözlərinə görə, İranın eks-prezidenti Əli Əkbərin qızı Haşimi-Rəfsəncani (1934-2017) həbs edilərək Evin həbsxanasına göndərilib.

Haşimi-Rəfsəncaninın qızı əvvəllər də qanunsuz toplantılarda iştirak etməkdə ittihamı ilə bir neçə dəfə məhkum olunub. 

Mürtəza

Demokratikmusavat.com

0.15552711486816