Çindən cavab həmləsi: vizaları ləğv etdi

 

Çin Cənubi Koreyadan bu ölkəyə səfər edəcək sərnişinlərin vizalarını dondurub.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb Çində yoluxmaların artmasından sonra Cənubi Koreyanın bu ölkədən gələn sərnişinlərdən COVID-19 testi tələb etməsidir.

Bundan sonra Çinin Cənubi Koreyadakı səfirliyi məlumat yayıb.

Açıqlamada Çindən Cənubi Koreyaya gedən şəxslərdən koronavirus testi tələb edilməsinin ayrıseçkilik olduğu və cavab olaraq bu ölkə ilə vizaları qısamüddətli ləğv etdiyi bildirilib.

Qeyd edək ki, Cənubi Koreya son günlər Çində koronavirusun Omikron variantının yeni ştammının sürətlə yayılmasından sonra insanları qorumaq məqsədilə belə bir addım atdıqlarını açıqlamışdı. Məlumatda bu qərarın siyasi mahiyyət daşımadığı bildirilmişdi.

Billurə

0.15712380409241