Ərdoğana söz verdilər, indi isə geri çəkilirlər - "Keneş QUYUSU"

 

Finlandiya ilə NATO-ya üzv olmaq üçün danışıqlara başlayan İsveçin baş naziri Ulf Kristersson təəccüblü açıqlama verib.

"Türkiyə bizdən İsveçin NATO üzvlüyünü dəstəkləmək üçün edə bilməyəcəyimiz işləri tələb edir. Ankaranın bütün tələblərini qarşılaya bilmərik", - deyə baş nazir bildirib.

Xatırladaq ki, ötən ilin iyun ayında İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Zirvə toplantısında Türkiyə ilə terrorla mübarizə üçün anlaşma memorandumu imzalayan İsveç birliyə üzv olmaq üçün Türkiyənin bəzi tələblərini yerinə yetirəcəyinə söz vermişdi.

Prezident Rəcəb Tayyib Ərdoğan 2022-ci il noyabrın 9-da İsveçin baş naziri Ulf Kristersson ilə keçirdiyi birgə mətbuat konfransında "FETÖ-dən olan terrorçu Bülent Keneşin Türkiyəyə deportasiya edilməsi bizim üçün böyük əhəmiyyət kəsb edir" - deyə bildirmişdi. Amma İsveç bu terrorçunu hələ də Türkiyəyə təhvil verməyib.

0.13678884506226