Rusiyalı hərbçilərin yerləşdiyi yataqxanaya zərbə endirilib, ölənlər var

 

Ukraynanın Luqansk vilayətinin işğal altındakı Rubijne şəhərində səfərbər olunmuşların yataqxanasına zərbə endirib.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aparatının Strateji Kommunikasiya İdarəsi (Stratkom) teleqramda məlumat yayıb.

Məlumata görə, olay nəticəsində Rusiyanın 14 hərbçisi zərərsizləşdirilib: “Yaralıların sayı hələlik məlum deyil”.

Xatırladaq ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri HIMARS (ing. “High Mobility Artillery Rocket System” – Yüksək Mobilli Raket-Artilleriya Sistemi) reaktiv yaylım atəş sisteminin raketləri ilə Rusiyanın səfərbər olunmuş şəxslərin məskunlaşdığı binaya zərbə endirməsi sonucunda yüzlərlə hərbçi ölüb, bir o qədəri də yaralanıb.

0.54297685623169