Twitter” istifadəçilərinə ŞAD XƏBƏRİ Mask ELAN ETDİ

 

İlon Mask sosial şəbəkədəki şəxsi səhifəsində uzun yazıların işə salınması və interfeysin geniş miqyaslı yenilənməsi daxil olmaqla, “Twitter” üçün bir neçə yeni funksiyanı elan edib.

Demokratikmusavat.com xəbər verir ki, ilk yeniləmə sola və sağa sürüşdürərək tövsiyə olunan yazılar bölməsindən  izlənilən hesabların  paylaşımlarına keçmə funksiyasının tətbiqi olacaq. Bu yenilik bir həftə ərzində əlçatan olacaq.

Yanvarın ikinci yarısında sosial şəbəkədə əlfəcin düyməsi, fevralın ilk günlərində isə “uzun tvitlər” əlçatan olacaq.

Mask həmçinin “Twitter” interfeysində kütləvi yeniləmənin “birinci hissəsini” elan edib. Bu yeniləmənin təfərrüatları hələ açıqlanmır.

0.15876388549805