Gəlinlərini zorlayan qayınata 54 il azadlıqdan məhrum edildi

 

Məhkəmədə iki gəlininə cinsi təcavüz etdiyi iddiası ilə mühakimə olunan 56 yaşlı qayınata Osman barəsində  54 il həbs cəzası çıxarılıb.

Demokratikmusavat.com  xəbər verir ki, hadisə Bursanın Osmanqazi rayonunda baş verib. Belə ki, 56 yaşlı Osman 30 və 35 yaşlı gəlinlərinə dəfələrlə cinsi təcavüz etməkdə ittiham olunaraq Bursa 15-ci Ağır Cəza Məhkəməsində mühakimə olunub.

Məhkəmə araşdırması zamanı gəlinlərdən birinin qaynatasından dünyaya gətirdiyi övladın DNT testi ilə təsdiqlənib.

Gəlin E. L. məhkəmədə  ifadəsində deyib ki, 9 il əvvəl müttəhimin oğlu S.L. ilə evlənib. E.L-nın sözlərinə görə, toydan bir gün sonra qaynatası onunla münasibətdə olmaq üçün təzyiq göstərməyə başlayıb.

"Dedi mənimlə olacaqsan. Yalvarıb ağladım. Özümü öldürəcəyimi dedim, amma  nəticəsi olmadı. Mənə təcavüz etdi. Düz 8 il məni zorladı. Hamilə olarkən belə mənə fiziki zorakılıq göstərib döydü. Qaynatam mənimlə yanaşı, digər gəlinə də cinsi təcavüz edirdi”,- deyə o bildirib.

Məhkəmə Osman L.-ni iki gəlininə qarşı “cinsi xarakterli zorakılıq” ittihamı ilə 54 il müddətinə azadlıqdan məhrum edib.

0.13514304161072