Müharibə ilə bağlı ekstrasensin PROQNOZU: martın 23-ü... - VİDEO

 

Ukraynadakı müharibə ilə bağlı mühüm dönüş nöqtəsi 2023-cü ilin martın 23-də baş verəcək.

Demokratikmusavat.com xəbər verir ki, belə bir proqnozla ekstrasens Aleksandr Jarkov “People Life” yutub kanalına müsahibəsində çıxış edib.

Onun sözlərinə görə, Rusiyanın müttəfiqləri ona hərbi əməliyyatlarda birbaşa dəstək verə bilər.

“Müttəfiqlərin müharibədə birbaşa iştirakı mümkündür. Bu həm Ukrayna, həm də Rusiya tərəfdən ola bilər. Çox güman ki, bu “alyans” Rusiya, Çin və digər ölkələr olacaq”- Jarkov deyib.

O qeyd edib ki, Rusiya Çinin dəstəyini alarsa, bu, böyük bir güc olacaq.

“Ancaq 23.03.2023 tarixi Ukrayna üçün yaxşı ola bilər, müttəfiqlərin dəstəyini ala bilər, müsbət ssenarilər istisna edilməməlidir”, - deyə o vurğulayıb.

Mürtəza
Demokratikmusavat.com

0.14902591705322